Çempionlar Liqasında gecənin nəticələri

 08:24 15.02.2023     449

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Fransada PSJ-nin qonağı olan Almaniya "Bavariya"sı minimal hesablı qələbə qazanıb. Yeganə qolu 53-cü dəqiqədə Kinqsli Koman vurub. Əsas vaxtın sonuna əlavə olunmuş 2-ci dəqiqədə qonaqların müdafiəçisi Benjamin Pavar ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Gecənin digər oyununda isə "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə eyni hesabla qalib gəlib. Meydan sahiblərindən 7-ci dəqiqədə Brahim Dias fərqlənib.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
14 fevral

00:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya) - 0:1
Qol: Kinqsli Koman, 53
Qırmızı vərəqə: Benjamin Pavar, 90+2 ("Bavariya")
Baş hakim: Maykl Oliver (İngiltərə)
Paris. “Park De Prens” stadionu

00:00. “Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 1:0
Qol: Brahim Dias, 7
Baş hakim: Sandro Şerer (İsveçrə)
Milan. “San Siro” stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 8-də keçiriləcək.