Rus və ukraynalı futbolçular arasında əlbəyaxa dava - VİDEO

 20:30 16.02.2023     428

Rusiyanın “Şinnik” və Ukraynanın “Minaj” klubun futbolçuları əlbəyaxa davaya çıxıblar.

Redaktor.az "İndependent"ə istinadla bildirir ki, hadisə Antalyada yerləşən hotellərin birində baş verib.

Məlumata görə, dava rus futbolçulardan birinin hotel əməkdaşına kobud davranması nəticəsində baş verib. Davada bir neçə futbolçuda sınıq əmələ gəldiyi bildirilib.

Hadisədən sonra hər iki komanda hoteli tərk edib.