“Trabzonspor” tribunalarından möhtəşəm görüntülər - VİDEO

 23:20 16.02.2023     239

Avropa Konfrans Liqasında “Trabzonspor” - “Bazel” matçından əvvəl tribunalarda nümayiş olunan təsvirlər və musiqi hər kəsə duyğulu anlar yaşadıb.

Redaktor.az xəbər verir ki, azarkeşlər Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsini özlərinə məxsus şəkildə yad ediblər.

Azarkeşlərin hazırladığı möhtəşəm xareoqrafiyada Meksikadan gəlmiş Proteo axtarış-xilasetmə iti və Türkiyəyə dəstək verən ölkələrin bayraqları, o cümlədən Azərbaycan bayrağı da yer alıb. Həmçinin, “Həmişə birlikdə olacağıq, yaralarımızı saracağıq” yazılmış plakat da açılıb.