Ronaldo "Əl-Nəsr"ə yenə qələbə qazandırdı

 21:40 17.02.2023     350

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo formasını geyindiyi Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunda növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, 38 yaşlı hücumçu ölkə çempionatının XVII turunda evdə "Əl-Taavun"u 2:1 hesabı ilə məğlub etdikləri matçın iştirakçısı olub.

Meydan sahiblərinin hər iki qolunun ötürməsini təcrübəli forvard edib. O, 17 və 78-ci dəqiqələrdə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Qeyd edək ki, bu qələbə ilə xallarını 40-a çatdıran "Əl-Nəsr" ilk pillədəki mövqeyini qoruyub.