Rusiya klubu ilə oyunda Ukrayna bayrağı qaldırıldı - VİDEO

 15:58 18.02.2023     370

Dünən Rusiyanın “Zenit” klubu yoldaşlıq görüşündə İranın “Sepahan” klubu ilə qarşılaşıb.

“Nəqş-e-Cahan” (İsfahan, İran) stadionunda baş tutan oyun Rusiya komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşü İranın yerli hakimlər briqadası idarə edib.

Matç zamanı İran klubunun azarkeşləri tribunada Ukrayna bayrağını asıblar.

Redaktor.az xəbər verir ki, bu görüntüləri “Iran International English” öz “Twitter” hesabında paylaşıb.

Həmin videonu təqdim edirik: