Çılğın azarkeş Ronaldoya hücum çəkdi - VIDEO

 10:13 19.02.2023     514

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldo "Əl-Taun"la oyunöncəsi məşqdə hücuma məruz qalıb. 

Redaktor.az xəbər verir ki, bu epizodun videogörüntüsü yayılıb.

Azarkeşlərdən biri meydançaya daxil olaraq portuqaliyalı futbolçuya tərəf qaçıb, çatarkən sürüşərək onun ayaqları altına düşüb. Ronaldo ani hərəkətlə kənara çəkilərək hücumdan yayınıb. Əks halda, ayağına xəsarət yetiriləcəkdi. Daha sonra fanat stüardlar tərəfindən tutulub. Ronaldo səssizcə vəziyyəti müşahidə edib.

Qeyd edək ki, sözügedən oyun 2:1 hesabı ilə “Əl-Nəsr”in xeyrinə başa çatıb və Ronaldo hər iki qolda məhsuldar ötürmə verib.