“Real”ın fəxri prezidenti vəfat etdi

 12:47 21.02.2023     302

“Real Madrid” futbol klubunun fəxri prezidenti Amansio vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə bu gün klubun mətbuat xidməti məlumat yayıb.

O, 83 yaşında dünyasını dəyişib.

Amansio “Real”ın heyətində 9 dəfə İspaniya çempionu olub.

İspaniya yığmasının heyətində 42 matçda çıxış edən Amansio 1964-cü il Avropa çempionatının qalibi olub.

O, 2 oktyabr 2022-ci il tarixindən “Real”ın fəxri prezidenti idi.