Mahir Emreli "Konyaspor"da debüt etdi

 18:05 21.02.2023     380

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubunda debüt edib.

Redaktor.az xəbər verir ki, 26 yaşlı hücumçu "Afyonspor"a qarşı yoldaşlıq oyununda meydana çıxıb.

Emreli matça start heyətdə başlayıb və ikinci hissə əvəzlənib.

Qarşılaşma Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş ölkədəki zəlzələ səbəbindən bir dəqiqəlik sükutla başlayıb.

Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.