Erməni futbolçu "Qalatasaray"ın təklifini rədd etdi
Transfer çalışmalarını davam etdirən "Qalatasaray" "yox" cavabı alıb.
Redaktor.az "Championat"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" adı "Çelsi" ilə də hallanan "Dinamo"nun (Moskva) erməniəsilli rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryanı heyətinə cəlb etmək istəyirdi. 19 yaşlı futbolçu karyerasını İstanbul təmsilçisində davam etdirməyəcəyini söyləyib:
“Şəxsi səbəblərə görə karyeramı “Qalatasaray”da davam etdirmək variantını nəzərdən keçirmirəm”.
Futbolçunun atası da oğlunun "Qalatasaray"a keçidi ilə bağlı yayılan xəbərlərin saxta olduğunu söyləyib. Arsen karyerasını Avropa klublarında davam etdirmək istəyir.