Tanınmış futbolçu PSJ-nin baş məşqçisi ola bilər

 21:36 21.02.2023     319

İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Fransa PSJ-sinin baş məşqçisi təyin oluna bilər.

Redaktor.az "The Scottish Sun" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi veteran yarımmüdafiəçinin namizədləyini nəzərdən keçirir.

Klub rəhbərliyi hesab edir ki, 43 yaşlı mütəxəssis növbəti mövsüm komandada irəliləyişə nail ola bilər.

Qeyd edək ki, Stiven Cerrard son olaraq, ölkəsinin "Aston Villa" klubuna başçılıq edib.