"Real Madrid"in oyunçuları "The Best"i boykot etmək istəyir

 23:10 24.02.2023     316

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema və qapıçısı Tibo Kurtua FIFA-nın təsis etdiyi "The Best" mükafatlandırma mərasimini buraxa bilərlər.

Redaktor.az xəbər verir ki, onlar ən yaxşı oyunçu və qolkiper nominasiyasında Argentina millisinin üzvləri Lionel Messi ilə Emiliano Martinesin ehtimal olunan qələbəsinə görə tədbiri boykot etmək istəyirlər.

Yekun qərar fevralın 26-də qəbul olunacaq.

Qeyd edək ki, Benzema ötən ilin ən yaxşı oyunçusu, Kurtua isə ən yaxşı qapıçısı adına iddia edir. Qaliblərin adları fevralın 27-də Fransanın paytaxtı Parisdə keçiriləcək mərasimdə açıqlanacaq.