Azərbaycanda Dünya Kuboku keçiriləcək

 17:38 25.02.2023     278

Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, yarış 8-15 May tarixində baş tutacaq.

Dünya Kubokunda 50-dən çox ölkənin 600 idmançı və texniki heyətinin iştirakı gözlənilir. Budəfəki mötəbər turnir güllə atıcılığının növləri üzrə olacaq.

Qeyd edək ki, 2022-ci ilin mayında keçirilən Dünya Kubokunda 26 ölkəni təmsil edən idmançılar 94 medal qazanıblar.