Veteran futbolçumuz vəfat etdi - FOTO

 17:29 26.02.2023     309

Azərbaycanın veteran futbolçusu Qəhrəman Əliyev vəfat edib.

Redaktor.az xəbər verir ki, 2020-ci ildə koronavirusa yoluxmuş, bu səbəbdən insult keçirmiş Q.Əliyev komadan ayılmayıb.

“Viləş”, “Şəmkir”, MOİK, “Masallı” komandalarının sabiq baş məşqçisi 63 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallıda anadan olub.

Veteran futbolçumuz vəfat etdi