“Mançester Yunayted” İngiltərə Kubokunun qalibi oldu

 22:46 26.02.2023     323

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi olub.

Redaktor.az xəbəri verir ki, “Uembli” stadionunda baş tutan turnirin final matçında “qırmızı şeytanlar” “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edib.

Qaliblərin heyətində Kazemiro (33-cü dəqiqədə) və Markus Reşford (39) fərqlənib.