Messi 700-cü qolunu vurdu
Futbol üzrə Fransa çempionatının XXV turunda “Marsel” öz meydanında paytaxtın PSJ klubunu qəbul edib.
Redaktor.az xəbər verir ki, matç qonaqların 3:0 qələbəsi ilə başa çatıb.
Oyunda argentinalı Lionel Messinin ötürməsindən birinci qolu Mbappe hesabı açıb. Qoldan 4 dəqiqə sonra bu cütlük növbəti dəfə rəqibin torunu silkələyib. Bu dəfə Mbappenin ötürməsindən sonra argentinalı futbolçu fərqlənib. Qeyd edək ki, Messi üçün bu qol klub karyerasında 700-cü olub.
Matçın ikinci hissəsində fransız-argentinalı ikilisi hesabdakı üstünlüyü darmadağın həddinə çatdırıb.
Beləliklə, Kristofer Qaltyenin yetirmələri 60-cı xallarını qazanaraq ən yaxın izləyiçi “Marsel”i 8 xal geridə qoyublar.