"İdman qurğularının hamısı ideal vəziyyətdə deyil" - Fərid Qayıbov

 20:58 27.02.2023     300

"Olimpiya kompleksləri, idman qurğuları və stadionların hamısı ideal vəziyyətdə deyil".

Redaktor.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "ARB 24" televiziyasına müsahibəsində deyib.

Nazir problemlərin aradan qaldırılması üçün çalışdıqlarını bildirib: "Bəzi idman qurğularının 20-30 yaşı var və indiki tələblərə uyğun gəlmir".