"Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşmədi

 22:00 27.02.2023     383

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, sonuncu görüşdə "Qarabağ" "Neftçi"ni qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 33-cü dəqiqədə Kilan Lebon vurub. Qonaqların heyətində Höccət Haqverdi 83-cü dəqiqədə avtoqol müəllifi olub.

Hazırda üçüncü pillədə qərarlaşan "Neftçi" xallarının sayını 49-a çatdırıb. Lider "Qarabağ"ın 62 xalı var.

Qeyd edək ki, turun digər oyunlarında “Zirə” “Turan Tovuz”u (2:0), “Kəpəz” “Sumqayıt”ı (2:1) səfərdə, “Şamaxı” “Sabah”ı (2:1) evdə məğlub edib, “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) nəticələnib.