Messi ilin ən yaxşı futbolçusu seçildi

 08:28 28.02.2023     348

FIFA 2022-ci ilin ən yaxşı kişi futbolçusu ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

Redaktor.az xəbər verir ki, "The Best” mükafatına Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.

O, Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe və İspaniya "Real Madrid"indən Kərim Benzemanı qabaqlayıb.

Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub, o, turnirin ən yaxşı oyunçusu seçilib.