Əliyar Ağayevin təyinatı "Olimpiakos"un narazılığına səbəb oldu

 20:30 28.02.2023     301

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin Yunanıstan Kubokunun yarımfinal mərhələsində "Olimpiakos" və AEK arasında keçiriləcək cavab oyununa təyinat alması meydan sahiblərini narazılığına səbəb olub.

Redaktor.az xəbər verir ki, Pirey təmsilçisinin vitse-prezidenti Kostas Karapapas bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

O, Yunanıstan Futbol Federasiyasını verdiyi qərara görə ələ salıb: "Nəhayət, federasiya səsimizi eşitdi və oyunumza böyük liqadan hakim təyin etdi. Məlumdur ki, Azərbaycan öz çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Serie A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox?!", – Karapapas yazıb.

Qeyd edək ki, qarşılaşma martın 1-də olacaq. İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.