Messi Argentina millisinin üzvlərinə 35 qızıl "iPhone" bağışladı

 13:20 02.03.2023     277

Fransanın PSJ klubunda çıxış edən Lionel Messi Argentina millisinin üzvləri üçün 35 qızıl "iPhone" sifariş edib.

Redaktor.az xarici mətbauta istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının finalında Fransa yığması üzərindəki tarixi qələbəyə görə bu addımı atıb.

175 min funt-sterlinq dəyərində olan 24 karatlıq qızılla örtülmüş smartfonlarda oyunçuların adları, nömrələri və Argentina seçməsinin loqosu həkk olunub.

Bildirilib ki, ulduz forvard anı qeyd etmək üçün xüsusi və rəngarən bir şey etmək istəməyib. O, sahibkar Ben Lyonsla əlaqə saxlayıb və onlar bunu birlikdə hazırlayıblar.

"Messi qələbəni qeyd etmək üçün bütün oyunçulara və heyətə xüsusi hədiyyə bağışlamaq niyyətində idi. Bunun adi saat olmasını istəmirdi. Mən ona adlar yazılan qızıl "İphone" təklif etdim və o, bu fikri bəyəndi", - deyə Ben Lyons söyləyib.

Qeyd edək ki, Argentina millisi 1986-cı ildən sonra dünya çempionu olub.