Ərəblər Messiyə rəsmi təklif göndərdi - Ronaldodan az maaş alacaq
"Əl-İttihad" PSJ-nin futbolçusu Lionel Messini heyətinə qatmaq istəyir.
Redaktor.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi transferi reallaşdırmaq üçün illik 94 milyon dollar maaş təklif edib.
Bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, "Əl-İttihad" bu mövsüm PSJ ilə müqaviləsi başa çatan Messinin transferini reallaşdırmaq üçün daha yaxşı şərtlərlə məvacib təklif etməyə hazırdır.
Maraq üçün qeyd edək ki, Messinin əzəli rəqibi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında top qovur. "Əl-Nəsr" ulduz forvarda təqribən 220 milyon dollar maaş ödəyir. Bu isə "Əl-İttihad"ın Messiyə təklifindən 2,3 dəfə çoxdur.