Azərbaycan boksçusu dopinqə görə cəzalandırıldı
Azərbaycanda yeniyetmə boksçuda dopinq aşkarlanıb.
Redaktor.az xəbər verir ki, Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat katibi Vamiq Nəsirovun məlumatına görə, idmançının yaşı az olduğundan adı açıqlanmayıb.
AMADA rəsmisi boksçunun qanında diuretiklər və gizlədici agentlər/furosemid aşkarlandığını bildirib. Yeniyetmə idmançı 24 ay müddətinə diskvalfikasiya olunub.