Ronaldo “Messi səndən yaxşıdır” deyən uşağa əsəbləşdi – VİDEO

 02:29 06.03.2023     572

“Əl Nasr”ın “Əl Batin”ə 3-1 qalib gəldiyi matçın sonunda Ronaldonun paltardəyişmə otağına gedərkən uşaq azarkeş ilə dialoqu sosial mediada gündəm olub.

Redaktor.az musavat.com-a istinadən bildirir ki, azarkeş oğlan balaca Ronaldoya “Messi səndən yaxşıdır” deyib.

Onun bu sözlərindən sonra 38 yaşlı futbolçu belə cavab verib: “O zaman get ona bax. Sənin burada nə işin var?”

Ronaldonun uşaq azarkeşə cavabı sosial mediada böyük reaksiyaya səbəb olub.