İdmançıları daşıyan avtobus yük maşını ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

 13:59 07.03.2023     499

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.

Peşəkar Futbol Liqasından (PFL) Redaktor.az verilən məlumata görə, hadisə bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən baş verib.

Komandanı aparan avtomobil yolda qəzaya uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.