Mbappe rekord vurduğu köynəyi ona hədiyyə etdi

 15:16 07.03.2023     451

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe iki həftə əvvəl 5 yaşlı qızı uzun sürən xəstəlikdən sonra vəfat edən kamerunlu hücumçu Nantes İqnatius Qanaqonu dəstəkləyib.

Redaktor.az "Goal"a istinadla xəbər verir ki, Fransa çempionatının 26-cı turunun oyunundan sonra 24 yaşlı fransalı futbolçu Qanaqoya PSJ-nin tərkibində performans rekordu vurduğu köynək hədiyyə edib.

Qeyd edək ki, Mbappe "Nant"a 4:2 hesabı ilə qalib gəldikləri oyunda 201 qol vuraraq Paris klubunun tarixinin bombardiri olub. Bu nailiyyəti əldə etmək üçün ona 247 matç lazım olub.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən