Aşağı yaş qruplarından ibarət millilərin baş məşqçiləri təsdiqləndi

 16:20 07.03.2023     289

Futbol üzrə Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının baş məşqçiləri təsdiqlənib.

Redaktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Qərara əsasən, U-19 yığması Aqil Nəbiyevə, U-18 Elxan Abdullayevə, U-17 Füzuli Məmmədova, U-15 və U-16 İlham Yadullayevə tapşırılıb.

19 yaşadək qızlardan ibarət yığmanın baş məşqçisi isə Həbib Ağayev olacaq.