Prokurorluq "Barselona"ya qarşı korrupsiya ittihamı irəli sürəcək

 20:23 07.03.2023     294

Prokurorluq İspaniya "Barselona"sına qarşı korrupsiya ittihamı irəli sürəcək.

Redaktor.az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya ödəniş etməsi ilə bağlı araşdırma yekunlaşıb.

Klubun keçmiş prezidenti Xosep Bartomeu və Neqreyra haqqında da şikayət veriləcək.

Müstəntiqlər hesab edirlər ki, keçmiş komitə rəsmisi 2001-2018-ci illərdə "Barselona"dan hakimlərlə bağlı məsləhətlərə görə 6,6 milyon avrodan çox pul alıb.

Qeyd edək ki, "Barselona"nın hazırkı prezidenti Joan Laporta bütün ittihamları rədd edib.