Bu ölkədə iki futbolçunu ildırım vurub öldürdü

 16:30 13.03.2023     379

Kenyada futbol matçı zamanı meydana ildırım düşüb.

Redaktor.az "The Citizen Digital"a istinadla xəbər verir ki, hadisə Kissi bölgəsində "Manyansi" və "Gianchore" komandaları arasında keçirilmiş oyunda baş verib.

Nəticədə hər iki kollektivin bir oyunçusu dünyasını dəyişib. Xəsarət alan iki futbolçu isə xəstəxanaya aparılıb.