Daha iki komanda 1/4 finala yüksəldi - Çempionlar Liqası

 08:36 15.03.2023     502

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 finalın daha iki cavab oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, "Mançester Siti" İngiltərədə Almaniya "Leyptsiq"ini qəbul edib. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan "şəhərlilər" evdə rəqibinə 7 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib.

Digər matçda isə İtaliya "İnter"i Portuqaliyada "Portu" ilə qolsuz heç-heçə etməklə adını növbəti mərhələyə yazdırıb. Milan təmsilçisi evdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanmışdı.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
14 mart

00:00. “Portu” (Portuqaliya) – “İnter” (İtaliya) - 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qırmızı vərəqə: Pepe, 90+7 ("Portu")
İlk oyun – 0:1

00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) - 7:0
Qollar: Erlinq Holann, 22 (penalti); 24; 45+2; 54; 57. İlkay Gündoğan, 49. Kevin de Brüyne, 90+2
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi", İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" komandaları 1/4 finala adlayıblar.