Güləşçimiz Avropa çempionu oldu

 21:01 15.03.2023     302

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

Redaktor.az xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə üz-üzə gəlib.

Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.