Azərbaycanın yunan-Roma güləşi üzrə yığması iki rekordu yenilədi

 23:19 15.03.2023     445

Azərbaycanın 23 yaşadək yunan-Roma güləşçilərindən ibarət milli komandası Avropa çempionatlarında özünə məxsus iki rekordu yeniləyib.

Redaktor.az xəbər verir ki, yığma buna Rumıniyanın Buxarest şəhərində keçirilən U-23 qitə yarışında 3 qızıl və 1 gümüş medal qazanmaqla nail olub.

Kollektiv həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.

Toplamda 123 xal yığan Azərbaycan millisi komanda hesabında 4-cü yeri tutub. Yığma ilk "3-lük"də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub.

Qeyd edək ki, Avropa çempionatında yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.