Çempionlar Liqasında daha iki komanda 1/4 finala çıxdı

 08:36 16.03.2023     415

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, son oyun günündə keçirilən iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olub.

İspaniya "Real Madrid"i İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi "Liverpul"u evdə də məğlub edib - 1:0. Bu nəticə "kral klubu"nu növbəti mərhələyə yüksəldib.

Gecənin digər matçında isə "Napoli" İtaliyada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını sınağa çəkib. İlk qarşılaşmada 2:0 hesablı qələbə qazanan Neapol təmsilçisi cavab matçında da rəqibinə şans verməyib - 3:0.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart

00:00. "Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0
Qol: Kərim Benzema, 79
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun - 5:2
Madrid, "Santyaqo Bernabeu" stadionu

00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" Frankfurt (Almaniya) - 3:0
Qollar: Viktor Osimhen, 45+2; 53. Pyotr Zelinski, 64 (penalti)
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun - 2:0
Neapol, "Dieqo Armando Maradona" stadionu

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Bavariya", Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" və "İnter" komandaları 1/4 finala vəsiqə qazanıblar.