Daha bir türk futbolşu "Barselona" yolunda

 15:37 16.03.2023     606

"Barselona" "Mançester Yunayted"in ulduz futbolçusu İlkay Gündoğana elçi düşüb. 

Redaktor.az xəbər verir ki, məlumatı AS nəşri yayıb. 

Xəbərə görə, Xavi 32 yaşlı almaniyalı yarımmüdafiəçini heyətində görmək istəyir. Hətta mütəxəssis özü İlkayla şəxsən danışıb və onu razı salmağa çalışıb.

Gündoğan da Kataloniyaya getmək arzusundadır. O, hətta "Mançester Siti"də aldığı məvacibdən daha az maaş da razıdır.