Türkiyə-Ermənistan matçının 5 min bileti yoxa çıxıb - Qara bazarda 7 dəfə baha satılır

 14:30 17.03.2023     708

Ermənistan və Türkiyə komandaları arasında İrəvanda keçiriləcək futbol matçının təşkilatçıları 5 minə yaxın bileti öz yaxın və etibarlı adamlarına paylayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Bildirilir ki, bu da biletlərin qıtlığına və onların kəskin bahalaşmasının səbəb olub.

Nəşrin məlumatına görə, Ermənistan Futbol Federasiyası oyun zamanı provokasiyaların olmaması üçün göstərilən sayda biletləri öz sadiq azarkeşləri arasında paylayıb.

Martın 6-da onlayn bilet satışının başlanması elan edilib və martın 13-də onların başa çatdığı məlum olub.

Hazırda biletlər qara 7-8 dəfə baha satılır. İlkin olaraq 3-5 min drama (14-21 manat- İ.H.) onlayn satışa çıxarılan biletlər hazırda  25-35 min drama (110-153 manat- İ.H) təklif edilir. Bu da azarkeşlərin azarkeşlərin qəzəbinə səbəb olub.

Bütün bunların fonunda məlum olub ki, yuxarıda sadalanan səbəblərdən 5 minə yaxın bilet ümumiyyətlə satılmayıb.

"Başqa sözlə, FFA bir tərəfdən bir çox vətəndaşı oyunu izləmək imkanından məhrum edib, digər tərəfdən spekulyasiya və saxtakarlığın qarşısını almaq üçün lazımi nəzarəti təmin edə bilməyib",- deyə qəzet yazıb

Xatırladaq ki, martın 25-də Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasını qəbul edəcək.

UEFA-nın qərarı ilə oyun türkiyəli azarkeşlər olmadan keçiriləcək.

Tunar Altunbay