Şehiçlə Muslera arasında DAVA DÜŞDÜ

 11:08 18.03.2023     356

Türkiyə Superliqasının 26-cı turunda "Konyaspor" - "Qalatasaray" oyunundan (2:1)sonra qalmaqal yaşanıb.

Redaktor.az xəbər verir ki, buna səbəb meydan sahiblərinin qapıçısı İbrahim Şehiçin komandasının qələbə qolunun ardından İstanbul təmsilçisinin fanatlarına "sus" işarəsi göstərməsi olub. 

Bu, "Qalatasaray"ın qolkiperi Fernando Musleranı əsəbiləşdirib. Daha sonra Şehiç və Muslera arasında münaqişə yaşanıb. Həmin vaxt komandaların digər futbolçuları, texniki heyətlər onları ayırıblar.