Rəfael məğlub oldu

 09:05 19.03.2023     497

İngiltərənin paytaxtı Londonda “UFC-286” turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev və ABŞ təmsilçisi Castin Geyci arasında gözlənilən döyüş baş tutub.

Redaktor.az xəbər verir ki, döyüş hakimlərin 3 raundun yekunundan sonra verdiyi qərara əsasən Castin Geycinin qələbəsi ilə başa çatıb.

ABŞ təmsilçisi bununla çempionluq uğrunda mübarizəni davam etdirmək imkanı əldə edib.