İdmançımız Avropa çempionu oldu

 21:45 19.03.2023     564

Azərbaycan güləşçisi Turan Bayramov Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, idmançımız 74 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

Rəqiblərini üstələyərək finala adlayan Bayramov həlledici görüşdə moldovalı Vasile Diakonu məğlub edib.

Vumart və Güvən reklamı Vumart Güvən