Millimiz Avropa çempionatında birinci yeri tutdu

 22:45 19.03.2023     602

Sərbəst güləş üzrə Azərbaycan yığması Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında birinci yeri tutub.

Redaktor.az xəbər verir ki, 2022-ci ildə qitə birinciliyinin qalibi olan komanda titulunu qoruyub.

3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığma 140 xalla qitənin ən güclü komandası ünvanına sahib çıxıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.

Qeyd edək ki, sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən