Avstriya millisinin daha 3 futbolçusu Azərbaycanla oyunu buraxacaq

 18:15 20.03.2023     267

Avstriya yığmasının daha üç futbolçusu Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə oyununda meydana çıxmayacaq.

Redaktor.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Almaniya "Frayburq"undan Filip Linxart, "Darmştadt"dan Matias Honsak və İtaliya "Bolonya"sından Marko Arnautoviç zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Yığmanın baş məşqçisi Ralf Ranqnik onların əvəzinə Almaniya "Verder"indən Romano Şmid və İtaliya "Salernitana"sından Flavius Danilyuka dəvət göndərib.

Daha əvvəl "Lask" klubunun qapıçısı Aleksander Şlager eyni səbəbdən milli komandadan kənarlaşdırılıb.

Qeyd edək ki, Avstriya seçməsi martın 24-də Azərbaycan, 27-də isə Estoniya yığması ilə Lints şəhərində qarşılaşacaq.