Avropa nəhəngi baş məşqçisini Mourinyo ilə əvəzləyir 

 11:45 21.03.2023     433

"Roma"nın başməşqçisi Joze Mourinyo bu yay iş yerini dəyişməyə yaxındır.

Redaktor.az xəbər verir ki, informasiyanı tanınmış insayder Pedro Almeyda şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Xəbərə görə, portuqaliyalı mütəxəssisin PSJ rəhbərliyinin növbəti mövsüm üçün əsas hədəfidir. Mourinyo ilə iş birliyini klub bosslarına Paris təmsilçisinin idman direktoru, portuqaliyalı Luiş Kampuşun məsləhət gördüyü vurğulanıb. 

Qeyd edək ki, PSJ-nin hazırki baş məşqçisi Kristof Qaltyenin bu yay istefaya göndərilməsi gündəmdədir.

Mourinyonun "Roma" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.