Mesut Özil karyerasını başa vurduğunu açıqladı

 15:53 22.03.2023     325

Almaniya millisinin sabiq futbolçusu Mesut Özil karyerasını başa vurduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə rəsmi tvitter hesabında paylaşım edib.

Təcrübəli oyunçu 17 illik karyerasını sonlandırdığını yazıb.

Qeyd edək ki, Mesut Özil Türkiyədə "Başakşehir", "Fənərbağça", Almaniya "Şalke", "Verder" İspaniyada "Real Madrid", İngiltərədə "Arsenal" kimi klubların formasını geyinib.

O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.