"Qarabağ" - "Qalatasaray" matçı üçün ekspres marşrutlar təşkil edildi

 11:49 24.03.2023     302

"Qarabağ" və "Qalatasaray" futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınmasının həyata keçirilməsi məqsədilə martın 26-da “Qara Qarayev” metro stansiyası və Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsi) Bakı Olimpiya Stadionu ilə əlaqələndirən X1 və X2 nömrəli ekspres marşrutlar təşkil edilib.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, ekspres xətt üzrə avtobuslarla azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması saat 18:00-dan başlayaraq icra ediləcək. Ekspres xətt üzrə sonuncu avtobus 19:30-da 28 May m/s-dan, 19:45-də Qara Qarayev m/s-dan Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalına hərəkət edəcək.

Oyun bitdikdən sonra azarkeşlərin stadionun İctimai Nəqliyyat Terminalından Qara Qarayev m/s və 28 May m/s (Səməd Vurğun bağı) istiqamətində daşınması həyata keçiriləcək. Azarkeşlərdən xahiş edirik ki, oyun bitdikdən sonra İctimai Nəqliyyat Terminalına getmək üçün şimal piyada körpü keçid məntəqəsi istiqamətində hərəkət etsinlər.