Millimiz bu gün Avstriya ilə qarşılaşacaq

 13:29 24.03.2023     314

Bu gün futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində mübarizəyə başlayır.

Redaktor.az xəbər verir ki, millimiz 2023-cü ildəki ilk sınağına Avstriyada çıxacaq.

Yığmamız Linz şəhərində yerli komandanın qonağı olacaq. Ralf Ranqnikin kollektivi doğma arenasındakı görüşün favoriti sayılsa da, heyətində kifayət qədər itkilər var. Belə ki, Filip Linxart, Matias Honsak, Marko Arnautoviç və Aleksander Şlageri zədə səbəbindən komandadan uzaqlaşdırmalı olan almaniyalı mütəxəssis kapitan David Alabaya da bu matçda istirahət verməyi planlaşdırır. Həmçinin, Stefan Poş və Aleksander Prassın da iştirakı sual altındadır.

Azərbaycan millisində yeganə itki Mahir Emrelidi. Hücumçu zədə ucbatından komandadan ayrı qalıb.

“Raiffeisen Arena”da oynanılacaq Avstriya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qarşılaşmanı polşalı baş hakim Bartoş Frankovski idarə edəcək. Ona Marcin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.