Messi bu göstəricidə də Maradonaya çatdı

 18:17 24.03.2023     317

Ötən gün Panama ilə yoxlama oyununda (2:0) fərqlənən Argentina millisinin kapitanı Lionel Messi yığmada cərimə zərbələrindən vurduğu qolların sayını 62-ə çatdırıb.

Redaktor.az xəbər verir ki, 35 yaşlı hücumçu bu göstəricidə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya çatıb. Messi indi 62 qolla millidə cərimə zərbəsindən ən çox qol vuranlar siyahısında 6-cıdır. 

Siyahıya 77 qolla braziliyalı Juninyo başçılıq edir. "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 60 qoll 10-cudur.