İtaliya millisinin 40 oyunluq seriyası qırıldı

 18:31 24.03.2023     342

İtaliya millisinin Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Redaktor.az xəbər verir ki, Roberto Mançininin komandası Avro-2024-ün seçmə mərhələsinin ilk oyununda İngiltərəyə 1:2 hesabı ilə uduzub.

İtaliya millisi son olaraq 2006-cı ilin sentyabrında Fransaya məğlub olmuşdu - 1:3. İtalyanlar əvvəlki 40 qarşılaşmanın 36-da qələbə qazanıb, 4-dəfə isə heç-heçə ediblər.