Cüdoçumuz qızıl medal qazandı 

 20:15 24.03.2023     412

Cüdoçumuz Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 

Redaktor.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib. 

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva bürünc medal uğrunda qarşılaşmada çinli Yeqing Zhu ilə üz-üzə gələcək.