“Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır" - “Qalatasaray”

 21:42 24.03.2023     271

“Can Azərbaycanda "Zəfər deyil, səfərbərlik zamanıdır".

Redaktor.az xəbər verir ki, bu, Türkiyənin "Qalatasaray" klubunun tviter hesabında Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ"la matç öncəsi paylaşımında yer alıb.

“Qalatasaray”ımızın 26 mart, bazar günü saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) “Qarabağ” futbol komandası ilə Azərbaycanda oynayacağı və bütün gəlirlərinin zəlzələdə vətəndaşlarımıza bağışlanacağı qardaşların qarşılaşması üçün son 2 gün”, - paylaşımda əlavə olunub.

“Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.