Belarus Avro-2024-dən uzaqlaşdırıla bilər
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Belarusun Avro-2024-dən uzaqlaşdırılmasını müzakirə etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.
Belarus klubları və milli komandasının beynəlxalq futbol yarışlarında iştirakına hələ də icazə verilir. Avropa Parlamentinin deputatları Belarusun Avro-2024-ün seçmə turnirindən çıxarılmasını tələb ediblər.
UEFA İcraiyyə Komitəsinin növbəti iclasının aprelin 4-də Lissabonda keçirilməsi nəzərdə tutulub.