Türkiyə Ermənistanı 2 qolla məğlub etdi - YENİLƏNİB

 22:55 25.03.2023     2068

AVRO-2024-ün seçmə mərhələsində I turun növbəti matçları oynanılıb.

Redaktor.az xəbər verir ki, D qrupunda Türkiyə yığması səfərdə Ermənistan üzərində əzmkar qələbə qazanıb - 2:1. Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. "Ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak avtoqol müəllifi olub. 35-ci dəqiqədə Orkun Kökçü uzaq məsafədən baxımlı zərbə ilə tarazlığı bərpa edib. Türkiyə yığmasının qələbə qolunu isə 64-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.

***

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, ölkəmizdə də maraqlana gözlənilən Ermənistan - Türkiyə oyunu saat 21:00-da başlayıb və TRT 1-dən canlı yayımlanır.

İkinci hissənin 61-ci dəqiqəsində Kərəm ikinci topu Ermənistanın qapısından keçirsə də oyundan kənar vəziyyət olduğu üçün hakim qolu qeydə alması. Lakin 2 dəqiqə sonra bu dəfə də Kərəm komandasının ikinci qolunu vurdu.

Bu qolla türklər 2-1 hesabla irəli keçdilər

*** 

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, ölkəmizdə də maraqlana gözlənilən Ermənistan - Türkiyə oyunu saat 21:00-da başlayıb və TRT 1-dən canlı yayımlanır.

Matçın 10-cu dəqiqəsində Türkiyə millisinin üzvü Ozan kabak avtoqol müəllifi oldu: 1-0. Daha sonra türklər ermənilərin qapısından daha bir top keçiriblər. Oyunun 1-ci hissəsi bu hesabla başa çatıb.

Artıq 2-ci hissə başlayıb, hesab isə hələ də 1-1-dir.