Arda Gülərə dünya nəhəngi müştəri çıxdı
"Barselona" "Fənərbağça"nın gənc ulduzu Arda Güləri heyətinə qatmaq istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb. Xəbərə görə, Kataloniya təmsilçisi İstanbul klubunun Avropa Liqasında "Sevilya" ilə ( ilk oyun - 0:2, cavab oyunu - 1:0) keçirdiyi oyunda "türkiyəli Messi" adlandırılan futbolçunun oyununa heyran qalıb. İddia olunur ki, "Barselona" 18 yaşlı oyunçunun 5 milyon avro olan sərbəst qalma məğləğindən istifadə edərək, transfer etmək istəyir
Mənbənin verdiyi məlumata görə, "Fənərbağça"da ümumilikdə 630 dəqiqə (3 qol, 2 asisst) oynayan futbolçu bu göstəricini 1500 dəqiqəyə çatdırsa, müqaviləsi avtomatik uzanacaq.
Arda ilə maraqlananlar arasında "Atletiko" (Madrid), "Sevilya", "Arsenal" kimi klubların olduğu bildirilir. Hətta, İngiltərə mətbuatında çıxan xəbərlərə görə, "sarı-lacivərtlilər" Türkiyə millisinin üzvü ilə sözləşmə yeniləcəyi təqdirdə, "topçular"ın bu keçid üçün 20 milyon avro ödəməyə hazır olduğu deyilir.